Dünya · Publika.az

İrandan Səudiyyə Ərəbistanına təklif: Tehran dəstəyə hazırdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrandan Səudiyyə Ərəbistanına təklif: Tehran dəstəyə hazırdır xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı regionda son gərginlik və vəziyyətin tənzimlənməsi üçün görülən tədbirlər müzakirə edilib. Danışıq İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Əraqçi “Telegram” kanalında regionda gərginliyin artmasından narahatlığını ifadə etdiyini bildirib. O, hərbi üsullara üstünlük verilməsinin və siyasi həll yollarının nəzərə alınmamasının vəziyyəti daha da ağırlaşdıracağını vurğulayıb.

İranlı nazir əlavə edib ki, Tehran böhranın siyasi yolla həllinə kömək etmək məqsədilə Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqun qurulmasına dəstək verməyə hazırdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑