Dünya · Publika.az

Şimali Koreya ballistik raketlər buraxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şimali Koreya ballistik raketlər buraxdı xəbəri üçün şəkil

Şimali Koreya oktyabrın 12-də Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb.

Publika.az xəbər verir ki, bu barədə “News1” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Raketlər Pxenyan ərazisindən buraxılıb və təxminən 900 kilometr məsafə qət edib.

Baş verənlər fonunda Cənubi Koreya ordusu mümkün əlavə buraxılışlara hazır olduğunu, ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını açıqlayıb.

Şimali Koreya sonuncu dəfə oktyabrın 3-də Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑