Dünya · Xəzər Xəbər

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb xəbəri üçün şəkil

İsrailin hücumları nəticəsində hərbi eskalasiyanın başlanmasından bəri 4387 nəfər həlak olub, 12424 nəfər isə yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Livanın cənubunda azı bir nəfər həyatını itirib.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri bazar günü günortadan sonra Nəbatiyyə əyalətində yerləşən Kfar Tibnit və Tallusa şəhərlərinə hava zərbələri endirib. İsrail artilleriyası isə Beyt Lif, Məcdəl Zun və Yater kəndlərinin ətrafını atəşə tutub. Hücumların nəticələri barədə yerli hakimiyyət orqanları hələlik məlumat yaymayıb.

Məlumata görə, Vadi əl-Xanazir rayonunda yaşayış binasında bombanın partlaması nəticəsində yanğın baş verib. Hadisə yerinə gələn mülki müdafiə və təcili yardım xidmətlərinin əməkdaşları bir neçə nəfəri xilas ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑