20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Türkiyənin Artvin bölgəsində yüksək ərazilərdə bitən küknar (şam) ağaclarından toplanan təbii şam saqqızının (küknar saqqızı) kiloqramı 7 500 - 10 000 lirə (təxminən 370 - 500 AZN) arasında dəyişən qiymətlə satılır.
"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, avqust və sentyabr aylarında kəndlilər və çobanlar hündürlüyü 15-20 metrə çatan ağaclara dırmaşaraq saqqızı bıçaq vasitəsilə tək-tək qazıyırlar. Riskli işçilik məhsulun qiymətini birbaşa artırır.
Ənənəvi olaraq əzilib toz halına gətirildikdən sonra balla qarışdırılaraq istehlak edilən bu məhsul, əsasən mədə və həzm sistemi problemləri olanlar, həmçinin 50 yaşdan yuxarı şəxslər tərəfindən üstünlük verilir.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


