Dünya · Təzadlar

Sakinlər istilik qiymətlərinin artmasından qəzəblənirlər - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sakinlər istilik qiymətlərinin artmasından qəzəblənirlər - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Estoniyanın Narva şəhərinin sakinləri qışdan əvvəl istilik qiymətlərinin artmasından qəzəblənirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli ERR nəşri məlumat verib.

Nəşrin məlumatına görə, qaza məcburi keçid səbəbindən istilik xərcləri kəskin şəkildə artıb.

Nəşr bildirir ki, “Soyuq havaların başlaması ilə evlərin istiləşməsi ailənin ayrıca narahatlığına çevrilir. Hər bir hesabın arxasında təxirə salınmalı olan ayrı bir büdcə, alış-verişlər dayanır.”

Bir sakin ümidsiz vəziyyətdən şikayətlənib.

“İstəsəniz də, istəməsəniz də, yaşamaq istəsəniz, pul ödəməlisiniz. Başqa seçim yoxdur”, – deyə nəşrin mənbəyi bildirib.

ERR qeyd edir ki, qazı şist yanacağı ilə əvəz etməklə istilik qiymətlərinin artımını yavaşlatmaq mümkündür. Navra meri Yaan Tutsun sözlərinə görə, belə bir ehtimal mövcuddur.

Yeri gəlmişkən, sentyabrın sonlarında AB xəbərdarlıq etmişdi ki, qarşıdan gələn qış Avropa ev təsərrüfatları və müəssisələri üçün çətin ola bilər, çünki yanacaq və benzin qiymətləri “çox yüksək” ola bilər.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑