Dünya · Azxeber.com

Gənclər arasında təhlükəli trend yayılır: Üzlərinə çəkiclə zərbə vururlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gənclər arasında təhlükəli trend yayılır: Üzlərinə çəkiclə zərbə vururlar xəbəri üçün şəkil
Gənclər arasında üz cizgilərini daha kəskin və kişisayağı göstərmək məqsədi daşıyan "bonsməşinq" (bonesmashing) adlı təhlükəli trend yayılıb. Bu üsulun tərəfdarları yanaq və çənə sümüklərinə çəkiclə zərbələr endirərək üz quruluşlarını dəyişməyə çalışırlar.
"Mash"ın Telegram kanalı xəbər verir ki, bu üsula əl atanların əksəriyyəti 15-26 yaş arası gənclərdir.   Bəzi hallarda isə 45 yaşadək kişilər də tibbi yardıma ehtiyac duyurlar. Trendin iştirakçıları zərbələrin sümük böyüməsini stimullaşdıracağına və üz cizgilərinə daha sərt görünüş verəcəyinə inanırlar. Lakin bu cür hərəkətlər ciddi xəsarətlərlə nəticələnə bilər.
Kanalın məlumatına görə, gənclərdən birində qanaxma, digərində isə üzün bir hissəsində keyimə yaranıb. Güclü zərbələr sinirləri zədələyə, çənə və yanaq sümüklərinin sınmasına, göz xəsarətlərinə və mimika əzələlərinin fəaliyyətinin pozulmasına səbəb ola bilər.
Təkrarlanan travmalar fibrozun - birləşdirici toxumanın həddindən artıq artmasının yaranmasına da gətirib çıxara bilər. Nəticədə üzdə sərtləşmiş nahiyələr, çapıqlar və qalıcı deformasiyalar meydana gələ bilər. Ağır hallarda cərrahi müdaxiləyə ehtiyac yaranır. Hissiyyatın bərpası isə uzun müddət çəkə və ya ümumiyyətlə mümkün olmaya bilər.
"Bonsməşinq" xarici görünüşü nəyin bahasına olursa-olsun ideal səviyyəyə çatdırmağı hədəfləyən "luksmaksinq" (looksmaxxing) subkulturası ilə əlaqələndirilir. Həkimlər xəbərdarlıq edirlər ki, üz sümüklərinə qəsdən zərbələr endirmək görünüşü yaxşılaşdırmaq əvəzinə sağlamlığa ciddi və qalıcı zərər vura bilər.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑