ABŞ prezidenti Donald Tramp keçirilmiş və 2026-cı ildə keçiriləcək aralıq seçkilərdə saxtakarlıqlar barədə məlumat verənlərə 1 milyon dollar mükafat vəd edib.
Lent.az xəbər verir ki, o, bu barədə öz “Truth Social” hesabında məlumat verib.
Tramp bildirib ki, mükafat seçki saxtakarlıqlarının arxasında duran şəxslər saxlanılaraq məhkum edildikdən sonra ödəniləcək.
Tramp və respublikaçılar 2020-ci il prezident seçkilərində pozuntuların olduğunu iddia etsələr də, səslərin yenidən sayılması ilə bağlı məhkəmə müraciətləri nəticəsiz qalıb. 2024-cü il seçkilərində isə Tramp demokratların namizədi Kamala Harrisi məğlub edib.
Respublikaçıların idarə etdiyi bəzi ştatlarda səsverməyə nəzarətin sərtləşdirilməsi təşəbbüsləri demokratların tənqidinə səbəb olub. Onlar bu addımların seçicilərin səsverməsini çətinləşdirə biləcəyini bildirirlər.



