Dünya · Azxeber.com

Zaxarovadan qonşu ölkəyə hədə: Nəticələri ağrılı olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaxarovadan qonşu ölkəyə hədə: Nəticələri ağrılı olacaq xəbəri üçün şəkil
"Tokionun revanşist siyasəti ağrılı nəticələrə gətirib çıxara bilər, Rusiya Yaponiyanı bu siyasətin təhlükəli nəticələri barədə xəbərdar edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Təəssüf ki, Yaponiya hökuməti nəinki üzr istəmir, hətta İkinci Dünya müharibəsinin nəticələrini belə tanımaq niyyətində deyil. Məncə, bu, bu gün mövcud olan bir çox problemlərin əsas səbəbidir. Yaponiya məktəb dərsliklərində ölkənin qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarına xüsusi vurğu edilir. Bununla yanaşı, İkinci Dünya müharibəsi illərində Yaponiya hərbçilərinin törətdiyi dəhşətli vəhşiliklər haqqında məlumatlar isə, demək olar, tamamilə yoxdur.
Bütün bunlar Tokionun hazırkı siyasətinin təhrif olunmuş məntiqinə uyğundur. Bu siyasət tarixi revizionizmə və ya revanşizmə əsaslanır. Bu isə 80 ildən çox əvvəl baş verdiyi kimi, çox ağrılı nəticələrə gətirib çıxara bilər. Yaponiya tərəfini belə bir inkişafın təhlükələri barədə daim, açıq şəkildə və diplomatik kanallar vasitəsilə xəbərdar edirik”, - Zaxarova vurğulayıb.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑