Dünya · Azxeber.com

Vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb xəbəri üçün şəkil
Almaniyada dəmir yolu vağzallarında spirtli içkilərin qəbuluna qoyulan qadağanın ilk yeddi günü ərzində təxminən 5 000 qayda pozuntusu qeydə alınıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Almaniyanın "Deutsche Bahn" (DB) dəmir yolu konserninin əməkdaşları vağzallarda əlində pivə şüşəsi, şərab qədəhi və ya digər spirtli içki qabı olan şəxslərə şifahi xəbərdarlıq ediblər. Xəbərdarlıqlara məhəl qoymayan sərnişinlər vağzal ərazisindən çıxarılıblar.
DB-nin sərnişindaşıma bölməsinin rəhbəri Evelin Pallanın sözlərinə görə, təhlükəsizlik xidmətinin minlərlə əməkdaşı növbəyə cəlb olunub. Bəzi hallarda şəxslərə vağzallara girişini qadağan edən qərarlar da verilib.
"Deutsche Bahn"ın keçirdiyi sorğunun nəticələrinə əsasən, müştərilərin təxminən 80 faizi qadağanın tətbiqini dəstəkləyir.
Oktyabrın 15-də "Deutsche Bahn"ın Almaniyanın bütün dəmir yolu vağzallarında spirtli içkilərin qəbulunu tamamilə qadağan etdiyi bildirilmişdi.
Qadağanın tətbiqinə bu yay Offenburq və Karlsrue şəhərləri arasındakı dəmir yolu xəttində baş vermiş hadisə səbəb olub. Biletləri yoxlayarkən təhlükəsizlik xidmətinin 26 yaşlı əməkdaşına sərxoş sərnişin hücum edib. Nəticədə əməkdaş hərəkətdə olan qatardan düşüb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑