Dünya · Globalinfo.az

2026-cı il “Qızıl top” mükafatının qalibi açıqlandı – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
2026-cı il “Qızıl top” mükafatının qalibi açıqlandı – FOTO xəbəri üçün şəkil

2026-cı il “Qızıl top” mükafatının qalibi bəlli olub.

Globalinfo.az xəbər verir ki, səsverməyə əsasən mükafata İngiltərə millisinin hücumçusu Herri Keyn layiq görülüb.

Mükafatı ona braziliyalı əfsanəvi hücumçu Luis Ronaldo təqdim edib.

WhatsApp Image 2026 10 27 at 02.54.52

***

2026-cı il “Qızıl top” mükafatının əsas favoriti müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, analitiklər və bukmekerlər Almaniyanın “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyni mükafatın başlıca namizədi hesab edirlər.

Mükafatlandırma mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır. Tədbir Bakı vaxtı ilə saat 00:00-da Soho ərazisində yerləşən Palladium Teatrında başlayacaq.

Keyn 2026-cı ildə klub və milli komanda səviyyəsində keçirdiyi 65 oyunda 73 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun qolları “Bavariya”nın Bundesliqada vurduğu qolların 29 faizini təşkil edib.

İngiltərə millisinin heyətində 2026-cı il dünya çempionatının yarımfinalına qədər irəliləyən hücumçu turnirdə 6 qol vurub və komandasının bürünc medal qazanmasına töhfə verib.

Məlumata görə, Keynin mövsüm ərzindəki nəticələri onu “Qızıl top” uğrunda mübarizənin əsas iştirakçılarından birinə çevirib. O, həmçinin ən çox qol vuran futbolçu kimi Gerd Müller Kubokuna da namizəd göstərilir.

Qeyd edək ki, “Qızıl top” mükafatına namizəd olan 30 futbolçunun siyahısı sentyabrın 8-də açıqlanıb. Mükafatın 70 illik yubiley mərasiminin Londonda keçirilməsi nəzərdə tutulur. İlk dəfə 1956-cı ildə təqdim edilən mükafatın ilk sahibi ingiltərəli futbolçu Stenli Mettyus olub.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑