Dünya · Teleqraf

İordaniyanın Suriyaya hava zərbələri nəticəsində 5 nəfər ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İordaniyanın Suriyaya hava zərbələri nəticəsində 5 nəfər ölüb xəbəri üçün şəkil

BAKI, 27 oktyabr. TELEQRAF

İordaniya Hərbi Hava Qüvvələrinin Suriyanın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 5 mülki şəxs həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın Dəra vilayəti administrasiyasının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında qadınlar, uşaqlar və 65 yaşlı kişi də var. Onların hamısının hava zərbələrinə məruz qalan Tariq əs-Sədd rayonundan gətirildiyi qeyd olunub.

Vilayətin qərbində yerləşən Mzayrib yaşayış məntəqəsində də ölən və yaralananların olduğu bildirilir. Zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.

Məlumata görə, oktyabrın 26-da İordaniya hərbi təyyarələri Suriyanın cənubunda ekstremist qruplaşmaların obyektlərinə zərbələr endirib. Əməliyyat həmin qruplaşmaların İordaniyanın Əl-Kərək vilayətində Müqəddəs Georgi kilsəsinə hücum edən terrorçularla əlaqəsinin müəyyənləşdirilməsindən sonra həyata keçirilib.

İordaniya Səhiyyə Nazirliyinin məlumatına əsasən, oktyabrın 23-də anım mərasimi zamanı törədilən terror aktında 9 nəfər ölüb, 34 nəfər yaralanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑