Dünya · Azxeber.com

İsrail bu tarixə seçkilərinə qədər İrana hücum etməyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail bu tarixə seçkilərinə qədər İrana hücum etməyəcək xəbəri üçün şəkil
İsrail 27 oktyabra təyin olunmuş parlament seçkilərindən əvvəl İrana hücum etməyi planlaşdırmır.
Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Katz X-də yazıb: "Birmənalı şəkildə bildirirəm ki, İsrailin seçkilərdən əvvəl İrana hücum etmək niyyəti yoxdur. Bu məsələ ilə bağlı bütün məlumatlar tamamilə yalandır. İsrail tərəfi İranın mümkün hücumuna var gücü ilə cavab verəcək".
Katz həmçinin qeyd edib ki, İsrail mediasında "İran məsələsində İsrail siyasi rəhbərliyi ilə İsrail Müdafiə Qüvvələri (İMQ) arasında fikir ayrılıqları" barədə yayılan məlumatlar tamamilə yalandır: "Müdafiə naziri vəzifəsinə başladığımdan bəri Baş nazir Benyamin Netanyahu, mənim və İMQ arasında İran məsələsində tam koordinasiya olub".   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑