Dünya · Azxeber.com

Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər ediləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər ediləcək xəbəri üçün şəkil
Fransada noyabrın 5-də keçiriləcək etiraz aksiyaları zamanı təhlükəsizliyin təmin edilməsi üçün 70 min polis və jandarm səfərbər olunacaq.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunes bildirib.
Nazir qeyd edib ki, təhlükəsizliyin təmin olunmasına oktyabrın 31-də olduğu qədər hüquq-mühafizə orqanı əməkdaşı cəlb ediləcək.
Onun sözlərinə görə, polis və jandarm qüvvələri ilə yanaşı, xüsusi təyinatlı bölmələr, kinoloji xidmət əməkdaşları və atlı polis də xidmət aparacaq.
"Əsas vəzifəmiz nümayişlərin dinc şəraitdə keçirilməsini təmin etməkdir. Qanunsuz hərəkətlərə cəhd olarsa, cavab son dərəcə sərt olacaq. Heç bir iğtişaşa dözməyəcəyik və qanunu pozanlar saxlanılacaq”, – nazir vurğulayıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑