İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur.
Bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın Baş naziri Mixail Mişustinlə Düşənbədə keçirilən görüşdə bildirib.
"İranın öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməkdən başqa seçimi yoxdur", – deyə Aref bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında yaranmış hazırkı vəziyyətə görə məsuliyyət ABŞ-ın üzərinə düşür: "Sonda bunun müvafiq bədəlini Vaşinqton ödəməli olacaq". ///report///



