Parisin Respublika Meydanında və Les Halles məhəlləsindəki bir neçə küçədə komendant saatı tətbiq edib.
Sfera.az xəbər verir ki, bu barədə BFMTV Paris Şəhər Şurasının üzvlərinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, bu, bazar ertəsi saat 22:00-dan çərşənbə axşamı saat 06:00-dək qüvvədə olacaq və bütün vətəndaşlara şamil ediləcək.
Qeyd edək ki, Fransada sentyabrın sonlarından etibarən məktəblilərin təhsil sistemindəki problemlərə (müəllim çatışmazlığı, ağır dərs yükü) etirazı ilə başlayan aksiyalar oktyabrın ortalarında kütləvi iğtişaşlara və ümumi sosial narazılığa çevrilib./teleqraf






