Dünya · News24.az

Ukraynada parka endirilən zərbə nəticəsində 3 nəfər həlak oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada parka endirilən zərbə nəticəsində 3 nəfər həlak oldu xəbəri üçün şəkil

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Novaya Vodolaga qəsəbəsindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə zərbə endirib. Nəticədə 2 qadın və 1 körpə həlak olub, azı 14 nəfər yaralanıb, onların 7-si uşaqdır.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İvan Vıqovski teleqram kanalında məlumat verib.

O bildirib ki, hadisə yerində təcili xidmət orqanları fəaliyyət göstərir, yaralılara tibbi yardım göstərilir, həmçinin ərazidə partlayıcı maddələrin olub-olmadığını yoxlanılır.

Xarkov Vilayət Prokurorluğunun məlumatına görə, zərbənin “Geran-3” tipli pilotsuz uçuş aparatı ilə endirildiyi ehtimal olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑