Dünya · Yeni Çağ

Mirziyoyev Rubio ilə əməkdaşlığı müzakirə etdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirziyoyev Rubio ilə əməkdaşlığı müzakirə etdi - Yeni Çağ xəbəri üçün şəkil

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndiyini vurğulayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər siyasət, ticarət, investisiya, texnologiya, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlığı müzakirə ediblər. Görüş çərçivəsində ümumilikdə 12 milyard dollar dəyərində layihələri nəzərdə tutan bir sıra sazişlər imzalanıb. Sənədlər arasında “Artemida Sazişləri” də yer alıb.

Bildirilib ki, 2026-cı ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 35% artıb. Tərəflər mülki aviasiya, avtomobil istehsalı, energetika, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələr həyata keçirirlər.

Qeyd edək ki, Marko Rubio Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin C5+1 formatında görüşündə iştirak etmək üçün Səmərqəndə səfər edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑