Dünya · Axar.az

Albaniyada iğtişaşlar 7-ci gündür davam edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Albaniyada iğtişaşlar 7-ci gündür davam edir xəbəri üçün şəkil

Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın əleyhdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar ardıcıl yeddinci gündür ki, davam edir.

Axar.az xəbər verir ki, bu barədə ATA xəbər agentliyinin məlumatında deyilir.

Bildirilib ki, etirazçılar polisə “Molotov kokteyli” atır və zibil qablarını yandırırlar. Polis su şırnaqlarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edir.

Qeyd edək ki, Tiranadakı iğtişaşlar 13 oktyabrda Albaniya Təhsil Nazirliyinin qarşısında tələbələrin etiraz aksiyası ilə başlayıb. Nümayişçilər E.Ramanın istefasını tələb edirlər. Aparıcı müxalifət Albaniya Demokrat Partiyasının sədri Sali Berişa etirazlara dəstəyini ifadə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑