Şimali Koreya lideri Kim Çen İnin beyin qanaması keçirərək komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı barədə iddialar yayılıb.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Kim Çen İnın Pekindəki "Union Medical College Hospital"a aparıldığı iddia edilir. Lakin bu məlumatı təsdiqləyən rəsmi açıqlama yoxdur.
“The Sun” qeyd edir ki, Şimali Koreya lideri oktyabrın 11-də müdafiə muzeyinə baş çəkib. Bundan sonra onun ictimaiyyət qarşısında görünməməsi səhhəti ilə bağlı şayiələrin yayılmasına səbəb olub.
Şimali Koreya üzrə ekspert Benedikt Rocers isə Kim Çen İnin səhhəti barədə yayılan oxşar iddiaların əvvəllər də gündəmə gəldiyini xatırladıb. O, hazırda liderin vəziyyətini təsdiqləyən məlumatın olmadığını bildirib.




