İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Abdullahi ölkəsinin istənilən şəraitdə müdafiə olunacağını bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə İranın yeni müdafiə nazirinin təqdimat mərasimində çıxışı zamanı danışıb.
Abdullahi vurğulayıb ki, İran hər hansı təcavüzə qarşı özünü müdafiə etməyə hazırdır.
“Heç bir təcavüzkara İrana əl uzatmağa imkan verməyəcəyik”, – deyə general qeyd edib.
Tahir Turan
Globalinfo.az




