Dünya · Globalinfo.az

Uorren Baffetin milyardlıq sərvətinin gələcək taleyi bəlli deyil

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uorren Baffetin milyardlıq sərvətinin gələcək taleyi bəlli deyil xəbəri üçün şəkil

Amerikalı investor Uorren Baffetin üç övladı milyarderin sərvətinin necə bölüşdürüləcəyi məsələsində hələ ortaq qərara gəlməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Baffetin böyük övladı, 73 yaşlı Syuzi Baffet sərvətin idarə olunması üçün vahid fondun yaradılacağı, yoxsa hər bir övladın ona ayrılan vəsaitdən müstəqil istifadə edəcəyi barədə hələ dəqiq qərar olmadığını bildirib. O, pulun müəyyən hissəsinin uşaqların təhsilinə sərf edilməsi variantını da nəzərdən keçirir.

Milyarderin digər övladı, 2025-ci ilin sentyabrından “Berkshire Hathaway” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini tutan 71 yaşlı Hovard Baffet isə səhiyyə layihələrinə maliyyə dəstəyi göstərməyi planlaşdırır.

Baffetin kiçik oğlu, 68 yaşlı Piter isə milyardlarla dollara sahib olmağın heç kim üçün zəruri olmadığını düşünür.

Qeyd edək ki, Uorren Baffetin sərvəti 145 milyard dollar həcmində qiymətləndirilir. Bu göstərici ilə o, dünyanın ən varlı insanları siyahısında onuncu yerdə qərarlaşır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑