Dünya · Modern.az

Süni intellekt tarixin ən qəddar adamlarının reytinqini hazırladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süni intellekt tarixin ən qəddar adamlarının reytinqini hazırladı
Süni intellekt tarixin ən qəddar adamlarının reytinqini hazırladı

İlon Maskın şirkəti tərəfindən hazırlanan Grok süni intellekti bəşər tarixində ən çox insan ölümünə görə məsuliyyət daşıyan şəxslərin reytinqini tərtib edib. Çatbot siyahıda birinci yeri Çin diktatoru Mao Tszeduna, ikinci yeri monqol fatehi Çingiz xana, üçüncü yeri isə sovet diktatoru İosif Stalinə verib. Adolf Hitlerin ilk üçlükdə yer almaması sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

Modern.az UNILAD nəşrinə istinadla xəbər verir ki, reytinqin ilk pilləsində Çin kommunistlərinin lideri və Çin Xalq Respublikasının qurucusu Mao Tszedun qərarlaşıb. Onun hakimiyyəti dövründə aclıq, siyasi təmizləmələr və Mədəni İnqilabla əlaqəli 40–70 milyon insanın öldüyü bildirilir.

Çingiz xan ikinci yerdə qərarlaşıb. Onun həyata keçirdiyi monqol yürüşləri və bu fəthlər nəticəsində əhalinin azalması ilə əlaqədar 20–40 milyon insanın öldüyü ehtimal edilir.

İosif Stalin isə aclıq, QULAQ düşərgələri və repressiyalarla əlaqəli 15–20 milyondan çox insanın ölümünə görə üçüncü yerdə göstərilib.

Hitler niyə ilk üçlükdə yer almayıb?

İstifadəçilərin xüsusi diqqətini Adolf Hitlerin ilk üçlüyə daxil edilməməsi çəkib.

Grok nasist diktatorunu Stalindən dərhal sonra yerləşdirərək onun qəsdən öldürülmüş mülki qurbanlarının sayını 11–17 milyon olaraq qiymətləndirib.

Bu rəqəmlərə nasist rejiminin təxminən 6 milyon yəhudini sistematik şəkildə öldürdüyü Holokost, eləcə də digər əhali qruplarına qarşı kütləvi qətllər, təqiblər və məcburi əmək daxildir.

Nəşr ChatGPT süni intellekti tərəfindən hazırlanmış başqa bir reytinqə də diqqət çəkib. Genişləndirilmiş siyahıda Hitler üçüncü yerə yüksəlib və onun birbaşa qurbanlarının sayı 17–30 milyon nəfər olaraq qiymətləndirilib.

İkinci reytinqdə Mao 40–78 milyon ölümlə birinci, Çingiz xan isə 40 milyon ölümlə ikinci yerdə qalıb. Hitlerin qurbanlarının sayı İkinci Dünya müharibəsindəki ümumi insan itkiləri də nəzərə alındıqda 50–80 milyon nəfərə çatıb.

Stalin isə 20–40 milyon ölümlə dördüncü yerdə göstərilib.

Süni intellektin siyahısında digər şəxslər

Genişləndirilmiş reytinqdə aşağıdakı şəxslər də yer alıb:

Teymur (Tamerlan) — fəth yürüşləri nəticəsində təxminən 17 milyon insanın ölümü.

Hun Syutsüan — Çində Taypin üsyanı ilə əlaqəli 20–30 milyon ölüm.

Belçika kralı II Leopold — Konqo Azad Dövlətindəki müstəmləkə rejimi nəticəsində 10–15 milyon insanın ölümü.

Çan Kayşi — hakimiyyəti və hərbi münaqişələrlə əlaqəli təxminən 10 milyon ölüm.

Vladimir Lenin — inqilab, vətəndaş müharibəsi, repressiyalar və aclıqla əlaqəli 5–10 milyon ölüm.

Hideki Todzyo — Yaponiyanın təcavüzkar siyasəti və hərbi əməliyyatlarla əlaqəli 4–5 milyon ölüm.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑