Dünya · News24.az

Fransanın Paris də daxil olmaqla beş şəhərində komendant saatı tətbiq edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransanın Paris də daxil olmaqla beş şəhərində komendant saatı tətbiq edildi xəbəri üçün şəkil

Fransada davam edən iğtişaşlarla əlaqədar paytaxt Paris də daxil olmaqla, beş şəhərin ayrı-ayrı ərazilərində komendant saatı tətbiq edilib.

News24.az BFMTV telekanalına istinadən xəbər verir ki, məhdudiyyətlər Paris, Lill, Vattinyi, Due və Denen şəhərlərini əhatə edir.

Bildirilib ki, ölkənin şimalındakı Nor departamentinin prefekturası Lill, Vattinyi, Due və Denen şəhərlərinin müəyyən rayonlarında komendant saatının tətbiqinə qərar verib.

Məhdudiyyətlər oktyabrın 19-u axşam saatlarından qüvvəyə minəcək və iki gün ərzində yerli vaxtla saat 20:00-dan 06:00-dək davam edəcək.

Qərar dörd şəhərin merləri ilə razılaşdırılıb.

Parisdə isə komendant saatı Respublika meydanında və Le-Al məhəlləsinin bəzi küçələrində tətbiq olunacaq.

Paytaxtda məhdudiyyətlər oktyabrın 19-u saat 22:00-dan oktyabrın 20-si saat 06:00-dək qüvvədə olacaq və həmin ərazilərdə olan bütün vətəndaşlara şamil ediləcək.

Qeyd edək ki, komendant saatının tətbiqi Fransada son günlər baş verən kütləvi etirazlar, talanlar və hüquq-mühafizə orqanları ilə toqquşmalar fonunda həyata keçirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑