Dünya · Azxeber.com

Lekornyu: Fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lekornyu: Fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər xəbəri üçün şəkil
Fransanın Baş naziri Sebastyan Lekornyu kütləvi iğtişaşlar fonunda zərurət yaranarsa, ölkədə fövqəladə vəziyyətin tətbiqini istisna etməyib.
Fransa mediası xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.
Bununla yanaşı, o qeyd edib ki, hazırda vəziyyətin nizamlanması üçün digər tədbirləri daha uyğun hesab edir.
"Əgər faydalı olarsa, mən bunu edəcəyəm. Fövqəladə vəziyyət siyasi alət deyil. Bu, o cümlədən onun icrası baxımından da ciddi məsələdir. Hazırkı məqamda komendant saatının tətbiqi mənə yaranmış vəziyyət üçün daha uyğun gəlir", - o qeyd edib.
Brifinq zamanı daxili işlər naziri Loran Nunyes bildirib ki, gözlənilən etiraz aksiyaları ilə əlaqədar bu həftəsonu polis və jandarm qüvvələri gücləndiriləcək: "Bu axşamdan etibarən bir sıra tədbirlər tətbiq ediləcək".   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑