Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi hesab olunan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaq sahələrinin alınmasını təsdiqləyən sənədlərin İrandan təqdim olunmasını gözləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Düşənbədə İran tərəfi ilə aparılan danışıqlardan sonra açıqlama verib.
Onun sözlərinə görə, görüş zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin hazırkı vəziyyəti və Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi ilə bağlı məsələlər müzakirə olunub.
Overçuk bildirib ki, İran tərəfi torpaq sahələrinin alındığına dair zəmanət verib. Moskva isə bu prosesin başa çatdığını təsdiqləyən rəsmi sənədləri gözləyir.
Qeyd edək ki, Rəşt-Astara dəmir yolu xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi Rusiya ilə İran arasında dəmir yolu əlaqələrinin genişləndirilməsinə xidmət edəcək.
Tahir Turan
Globslinfo.az


