Dünya · Azxeber.com

ABŞ bu ölkəyə 1000-dən çox yeni qanadlı raket verməyə hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ bu ölkəyə 1000-dən çox yeni qanadlı raket verməyə hazırlaşır xəbəri üçün şəkil
ABŞ Hərbi Hava Qüvvələri Ukrayna üçün nəzərdə tutulan 1000-dən çox ERAM qanadlı raketinin istehsalı və tədarükü ilə bağlı müdafiə şirkətlərinə müraciət edib.
Bu barədə UNİAN "Air Force Times” nəşrinə istinadən məlumat yayıb.
ERAM raketlərinin təxminən 230 kiloqram ağırlığında, 463 kilometrdən çox uçuş məsafəsinə və 0,6 Max-dan yüksək sürətə malik olması nəzərdə tutulur. Raketlər radioelektron maneələr şəraitində belə hədəfdən maksimum 10 metr yayınma ilə zərbə endirməlidir.
Şirkətlər təkliflərini noyabrın 19-dək təqdim etməlidirlər. İlk raketlərin müqavilə imzalandıqdan sonra üç ay ərzində tədarükünə başlanması, bütün sifarişin isə 15 ay ərzində tamamlanması planlaşdırılır.
Qeyd edək ki, ERAM proqramı çərçivəsində raketlərin hazırlanmasına 2024-cü ildə başlanılıb. ABŞ 2025-ci ilin avqustunda Ukraynaya 3350 belə raketin mümkün satışını 825 milyon dollar məbləğində təsdiqləyib.
///apa.az
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑