Dünya · Azxeber.com

Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır xəbəri üçün şəkil
Fransada ötən həftəsonu baş verən zorakılıq və talan hadisələrindən sonra hökumət oktyabrın 24-də keçirilməsi gözlənilən nümayişlər zamanı təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırlaşır.
Ölkənin daxili işlər naziri Loran Nunez nümayişlər zamanı hərbçilərin polis və jandarma ilə birgə yerləşdiriləcəyini bildirib.
Onun sözlərinə görə, hərbçilər əsasən sabit nəzarət məntəqələrində xidmət aparacaq, polis və jandarma isə izdihamı nəzarətdə saxlamağa diqqət yetirəcək.
Nazir bildirib ki, yeni nümayişlərdən əvvəl ictimai asayişin qorunması üçün üç əsas istiqamət nəzərdən keçirilir. Birinci istiqamət ictimai asayişi pozmaq riski daşıyan, əvvəlcədən elan edilməmiş nümayişlərin qadağan olunmasıdır.
Nunezin sözlərinə görə, təşkilatçılar və ya təhlükəsizlik qrupları nümayişin nəzarətdən çıxmayacağına dair kifayət qədər təminat verə bilməsələr, tədbirlərin keçirilməsi qadağan edilə bilər.
Qeyd olunur ki, hökumətin əsas məqsədi qarşıdan gələn nümayişlər zamanı mümkün zorakılıq hallarının və talanların qarşısını almaq, ictimai təhlükəsizliyi təmin etməkdir.   ///globalinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑