Onun ölü, yoxsa sağ olması məsələsi dünya mətbuatında müzakirə mövzusuna çevrilib. Lakin ölkəsi onun yeni şəkillərini yayımlayaraq, beyin qanaması nəticəsində öldüyü barədə şayiələr gəzən Şimali Koreya lideri Kim Çen Inın sağ olduğunu iddia edib.
Tezadlar.az xəbər verir ki, bu iddialar şəkillərlə təkzib edilib.
Beyin qanaması keçiribmi? Xəstələnibmi? Ölübmü?
Şimali Koreya lideri Kim Çen In haqqında bu iddialar son günlərdə ortaya çıxıb.
Səkkiz gün ictimaiyyət qarşısına çıxmadıqdan sonra Şimali Koreya lideri haqqında şayiələr yayılıb. Pxenyan buna fotolarla cavab verərək liderinin sağ olduğunu elan edib.
42 yaşlı Kim Çen Inın qızı ilə birlikdə geyim və ayaqqabı sərgisinə baş çəkdiyi məlum olub. Həmin səfərdən şəkillər yayımlanıb.
Lakin şəkillər Kim Çen Inın sağlam və sağ olduğunu qəti şəkildə təsdiqləmir, çünki çəkilişlərinin dəqiq tarixi məlum deyil.
Şimali Koreya liderinin ölümü və Çinin Pxenyana 9000 əsgər göndərməsi iddialarının ABŞ-da yaşayan bir çinli dissident tərəfindən irəli sürüldüyü bildirilib. Lakin iddiaları təsdiqləyən heç bir şahid və ya qeyd tapılmayıb.
Kim Çen Inın ölümü ilə bağlı şayiələr beynəlxalq mətbuatda yayıldıqca, onun varisi kimin olacağı ilə bağlı müzakirələr dərhal başladı və bəziləri onun bacısının Şimali Koreyaya rəhbərliyi öz üzərinə götürə biləcəyini irəli sürüblər.
Şimali Koreyanın 42 yaşlı liderinin də 2020-ci ildə öldüyü barədə şayiələr gəzirdi.
ELBAR






