Dünya · Yeni Sabah

Daha bir ölkədə aksiyalar başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Daha bir ölkədə aksiyalar başladı xəbəri üçün şəkil

İndoneziyanın paytaxtı Cakarta başda olmaqla bir çox iri şəhərlərində kütləvi etiraz aksiyaları başlayıb. Ölkənin ən aparıcı universitetlərini təmsil edən tələbə koalisiyaları və ictimai fəallar hökumətin daxili siyasətinə qarşı genişmiqyaslı yürüşlərə start veriblər.

“Yeni Sabah” xəbər verir ki, aksiyaların keçirilməsinə əsas səbəb kimi ölkədə yaşayış minimumunun kəskin bahalaşması, təhsil xərclərinin artması, korrupsiya halları və ifadə azadlığına qoyulan məhdudiyyətlər gösterilir. Bundan əlavə, Sumatra və Kalimantan bölgələrində davam edən meşə yanğınları və atmosferin zəhərli tüstü ilə çirklənməsinə qarşı hakimiyyətin kəsərsiz addımları da əhalinin kütləvi narazılığına təkan verib.

Cakarta Polisi və təhlükəsizlik qüvvələri parlament binası və hökumət mərkəzləri ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiyalar zamanı nümayişçilər ilə hüquq-mühafizə orqanları arasında gərginlik və toqquşmaların yaşandığı bildirilir. Tələbə təşkilatları sosial-iqtisadi tələbləri yerinə yetirilməyənədək nümayişləri davam etdirəcəklərini bəyan ediblər.  pizza sifarişi

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑