“SpaceX” şirkətinin qurucusu İlon Mask gələcəkdə süni intellekt texnologiyalarının inkişafı və kosmik tədqiqatlar nəticəsində ənənəvi pulun əhəmiyyətini itirə biləcəyini bildirib.
Xezerxeber.az xəbər verir ki, Mask bu fikirləri onun bioqrafiyasının müəllifi, amerikalı jurnalist Valter İsaaksonla birgə podkastda səsləndirib.
Maskın sözlərinə görə, robot texnologiyalarının və kosmik imkanların inkişafı Yer iqtisadiyyatının həcmini dəfələrlə üstələyən iqtisadi potensial yarada bilər. O, gələcəkdə pulun mövcudluğunu davam etdirə biləcəyini, lakin ənənəvi valyutanın əsas əhəmiyyətini itirəcəyini düşünür.
Milyarder əlavə edib ki, gələcəkdə süni intellekt və robotlar insanların yerinə yetirdiyi işlərin böyük hissəsini daha səmərəli şəkildə görə biləcək.
Mask: Ənənəvi pul öz əhəmiyyətini itirə bilər

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

