Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Tom Barrak Ankara və Təl-Əviv arasında mümkün gərginlik ehtimalları barədə diqqətçəkən bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, diplomat hər iki tərəfin hərbi qarşıdurmada maraqlı olmadığını vurğulayıb.
Səfir regiondakı təhlükəsizlik dinamikasını qiymətləndirərkən mövqeyini belə ifadə edib: Pepperoni pizza
"İsrail Türkiyə ilə həqiqətən münaqişəyə girməyəcək qədər ağıllıdır. Düşünmürəm ki, İsrail belə bir şey istəyir. Həmçinin bilirəm ki, Türkiyə də bunu istəmir."
Diplomatın bu bəyanatı Yaxın Şərqdə artan regional gərginlik fonunda Vaşinqtonun iki müttəfiqi arasında hərbi toqquşma riskini aşağı qiymətləndirdiyini göstərir.
Nazim Hacıyev



