Dünya · Bizim.Media

Avstraliya 16 yaşdan kiçik uşaqlara görə beş sosial şəbəkəni məhkəməyə verəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avstraliya 16 yaşdan kiçik uşaqlara görə beş sosial şəbəkəni məhkəməyə verəcək xəbəri üçün şəkil

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qoyulan qadağanın pozulması iddiası ilə bağlı “Facebook”, “Instagram”, “TikTok”, “Snapchat” və “YouTube” platformalarını məhkəməyə verməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Straits Times” nəşri Avstraliyanın rabitə naziri Anika Uellsin açıqlamasına istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, hakimiyyət orqanları beş platformaya qarşı hüquqi tədbirlər görməyi nəzərdən keçirir.

Qeyd olunub ki, qurum mart ayında “Meta” şirkətinə məxsus “Facebook” və “Instagram”, həmçinin “TikTok”, “Snapchat” və “YouTube” platformalarının qanunvericiliyə əməl edib-etmədiyini araşdırmağa başlayıb.
 

Nəşrin məlumatına görə, iyul ayında dərc edilən hesabatda yaşı 16-dan az olan istifadəçilərin əksəriyyətinin mövcud hesablarını saxlaya və ya yeni hesablar yarada bildiyi müəyyən edilib. Buna əsas səbəb platformalarda yaşın effektiv yoxlanılması mexanizmlərinin yetərli olmamasıdır.


Avstraliyada 2025-ci ilin dekabrında qüvvəyə minən qadağa sosial media şirkətlərindən 16 yaşdan kiçik şəxslərin hesab açmasının qarşısını almaq üçün ağlabatan tədbirlər görməyi tələb edir.

Qanun pozuntularına görə maksimum cərimə məbləği 109,2 milyon Avstraliya dollarına çatdırılıb.

Uells bildirib ki, əldə olunan yeni səlahiyyətlər tənzimləyici quruma beş platformaya qarşı Federal Məhkəmədə iş qaldırmaq üçün zəruri sübutları toplamağa imkan verir.

Qeyd edək ki, Avstraliya yeniyetmələr üçün sosial mediaya sərt qadağa qoyan ilk ölkə olub.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑