PSJ-nin baş məşqçisi Luis Enrike "Barselona" üzərində qazanılan qələbədən sonra mətbuat konfransında fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, ispaniyalı mütəxəssis hər iki komandanın nümayiş etdirdiyi futbolun azarkeşlərə böyük zövq verdiyini bildirib:
"Düşünürəm ki, bu matç məşqçilər üçün də maraqlı idi. Azarkeşlər, ümumiyyətlə, hamı üçün maraqlı qarşılaşma oldu. Çünki futbolu sevirsənsə, bizim oynamağa və mübarizə aparmağa çalışdığımız bu üslub sənə həyəcan verir. Düşünürəm ki, hamı bu oyundan zövq ala bilərdi. Hər oyunda eyni üslubda oynamağa çalışırıq. Bu cür oyuna öyrəşmişik və bilirik ki, öz səviyyəmizə çatanda rəqib üçün bizə qarşı oynamaq çox çətin olur. Bu gün dünyanın ən güclü komandalarından biri ilə qarşılaşdıq və düşünürəm ki, hər iki komanda qələbəyə layiq idi". Toyuqlu pizza
L.Enrike turnirin həlledici mərhələlərinə vurğu edərək heyətdəki zədə problemlərini də dilə gətirib:
"Bəli, bu, əla oyun idi, amma gələcəkdəki mübarizə üçün əsas göstərici sayıla bilməz. Çünki həmin turnirin həlledici mərhələsi aprel ayında olacaq. Ümid edirik ki, o vaxta qədər yarışda qalacağıq. Hazırda nəticəyə görə sevinirik, amma zədəli futbolçularımızla bağlı problemlərimiz var".
Nazim Hacıyev




