Avropanın bir sıra ölkəsində bahalaşma, enerji qiymətləri, mənzil böhranı və təhsil problemlərinə qarşı etirazlar genişlənib.
“Yeni Sabah” xəbər verir ki, Fransada baş verən zorakılıq hadisələrindən sonra bəzi ərazilərdə komendant saatı tətbiq edilib, 2500-dən çox insan saxlanılıb. İtaliyada isə Milanda baş verən qarşıdurmalardan sonra təhlükəsizliyin təmin olunması üçün hərbçilərin cəlb edilməsi məsələsi gündəmə gəlib.
Fransada tələbələrin təhsil şəraitinə qarşı keçirdiyi etirazlar bahalaşma ilə bağlı narazılıqların da qoşulması nəticəsində ölkə üzrə yayılıb. Paris, Lion və Marseldə qarşıdurmalar yaşanıb, bəzi mağazalar qarət edilib, dövlət binaları yandırılıb. Dominos pizza
Fransa rəsmilərinin məlumatına görə, həftəsonu baş verən hadisələrlə əlaqədar 2500-dən çox şəxs saxlanılıb. Paris və Lionun bəzi ərazilərində gecə saatlarında küçəyə çıxmaq qadağan edilib.
İtaliyanın Milan şəhərində də etirazçılarla polis arasında toqquşmalar baş verib. Mağazaların qarət edildiyi hadisələr zamanı 270-dən çox insan saxlanılıb.
Baş nazir Corcia Meloninin keçirdiyi təcili toplantıdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub. Asayişin qorunması üçün hərbçilərin cəlb edilməsi ehtimalı da nəzərdən keçirilir.
Belçikanın paytaxtı Brüsseldə və Lyej şəhərində keçirilən aksiyalar zamanı polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Hadisələrlə əlaqədar çox sayda etirazçı saxlanılıb.
Portuqaliyada on minlərlə insan aşağı maaşlara və artan kirayə qiymətlərinə etiraz edib. İspaniyada mənzil böhranına qarşı aksiyalar davam edir. Albaniyada isə korrupsiya və işsizliyə qarşı etirazlar keçirilir.
Aydan Hacı



