Dünya · Trend.az

Uitkoff Sankt-Peterburqdadır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uitkoff Sankt-Peterburqdadır xəbəri üçün şəkil

Bakı.Trend:

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bugün səhər saatlarında Sankt-Peterburqa səfər edib.

Bu barədə "Lenta.ru" məlumat yayıb.

Məlumata görə, hava limanında onu Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Onun yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi və Ukrayna münaqişəsi daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.

Stiv Uitkoffun gəlişindən bir müddət Sankt-Peterburqun Pulkovo hava limanında hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Hazırda hava limanı müvafiq qurumlarla razılaşdırılmaqla uçuşları qəbul edir və yola salır. Bildirilib ki, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə görülüb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑