Azərbaycanlı çoban Ermənistan sərhədini keçib.
"Yeni Sabah" NewsTV5-ə istinadla xəbər verir ki, o tapılıb və hazırda Berd şəhərindəki hərbi polis idarəsində saxlanılır.
Ermənistan Müdafiə Nazirliyi hələlik məsələyə dair şərh verməyib. Tavuşdakı icma rəhbəri bu barədə eşitdiyini, lakin dəqiq məlumatı olmadığını bildirib. Dördpendirli pizza
İcma rəhbəri qeyd edib: "O, bölgəmizin meşələrindən keçib".
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən hazırda belə bir məlumatın olmadığı bildirilib.
Bölgədəki başqa bir icma lideri çobanın Ayqedzor ərazisindən keçdiyini və hazırda hərbi polisdə saxlanıldığını təsdiqləyib. O qeyd etdi ki, hava dumanlı və yağışlı olsa da, çobanın könüllü olaraq sərhədi keçdiyi barədə fərziyyə var.




