Dünya · Bizim.Media

Kiyevdə 24 mərtəbəli binaya zərbə endirildi – 1 ölü, 1 yaralı var - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevdə 24 mərtəbəli binaya zərbə endirildi – 1 ölü, 1 yaralı var - FOTO xəbəri üçün şəkil

Bu gün səhər saatlarında Rusiya işğalçı qüvvələri Kiyevə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. 24 mərtəbəli yaşayış binasının 20-ci mərtəbəsinə zərbə endirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kiyev meri Vitali Kliçko yayıb.

Onun sözlərinə görə, Svyatoşinski rayonunda 24 mərtəbəli yaşayış binasının 20-ci mərtəbəsinə zərbə endirilib, yanğın başlayıb.
 

Kiyev Şəhər Hərbi Administrasiyası əlavə edib ki, hazırkı məlumata görə, bir nəfər həlak olub, daha bir nəfər isə xəsarət alıb.


Bundan əlavə, hücum paytaxtın daha iki rayonuna da təsir edib. Desnyanski rayonunda PUA park edilmiş avtomobillərin üzərinə düşüb, Solomenski rayonunda isə PUA açıq əraziyə düşüb.

Bu zaman yanğın baş verməyib.





Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑