Dünya · Xəzər Xəbər

Uitkoff Zelenski ilə danışıqlardan sonra Putinə sülh təklifi təqdim edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uitkoff Zelenski ilə danışıqlardan sonra Putinə sülh təklifi təqdim edəcək xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşərək müharibənin başa çatdırılmasına dair yenilənmiş sülh təklifini təqdim edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Görüşdə Trampın kürəkəni və müşaviri Cared Kuşner də virtual formatda iştirak edəcək. Ağ Ev ümid edir ki, ABŞ administrasiyasının Rusiya dizel yanacağının satışına tətbiq edilən sanksiyaları ləğv etməsindən və Moskvanın müsbət qarşıladığı digər addımlardan sonra Putin kompromisə daha çox hazır olacaq.

Uitkoff Rusiyaya səfərindən əvvəl Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, Norveç və Finlandiya liderləri, eləcə də Fransa, Böyük Britaniya, Almaniya, Polşa, Avropa İttifaqı və NATO nümayəndələri ilə danışıqlar aparıb.

ABŞ rəsmisinin sözlərinə görə, Oslo görüşlərində müharibənin dayandırılmasına dair çərçivə sazişi üzrə vahid təklifin hazırlanması müzakirə olunub. Ukrayna tərəfi yeni ideya və təkliflər irəli sürüb, tərəflər növbəti addımlarla bağlı əhəmiyyətli irəliləyiş əldə ediblər.

Məlumata görə, Oslo danışıqlarına virtual qoşulan Cared Kuşner Ukraynadan Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib. Zelenski isə Moskvanın qarşılıqlı addımlar atacağı təqdirdə bu hücumları dayandırmağa hazır olduğunu bildirib.

Ukrayna Prezidenti növbəti mərhələdə Tramp, Putin və özünün iştirakı ilə üçtərəfli görüşün keçirilməsini təklif edib. Lakin Rusiya indiyədək belə görüşə razılıq verməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑