Siyasət · AZƏRTAC

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu xəbəri üçün şəkil

Bakı, 3 noyabr,

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqın iradəsi və hərbi qulluqçuların qəhrəmanlığı mühüm amillər olub. Müharibə zamanı dövlət rəhbərliyinin fəaliyyəti, cəmiyyətin səfərbər edilməsi və Ali Baş Komandanın hərbi-siyasi proseslərə birbaşa nəzarəti qələbənin əldə olunmasında xüsusi əhəmiyyət daşıyıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ Ordusunun ehtiyatda olan mayoru Con Spenser “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, müharibə dövründə və ondan sonra baş verən hadisələr Prezident İlham Əliyevin idarəetmə məharətinin və proseslərə birbaşa nəzarətinin əhəmiyyətini aydın şəkildə göstərir.

“Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə dərhal səfər etməsi həmin torpaqların azad olunmasının dövlət və xalq üçün daşıdığı mənəvi-siyasi əhəmiyyəti nümayiş etdirib. Hərbi qulluqçuların öz həyatlarını qurban verərək şəhid olmaları qələbənin qiymətini və onun arxasında dayanan fədakarlığı göstərir. Prezident İlham Əliyevin şəhidlərin xatirəsinə göstərdiyi yüksək ehtiram bu qələbənin mənəvi dəyərini daha da önə çıxarır.

C.Spenser bildirib ki, qələbəyə təsir göstərən mühüm amillər sırasında müharibənin müddəti, xalqın iradəsi və ali rəhbərlik səviyyəsində cəmiyyətin səfərbər edilməsi xüsusi yer tutur: “Hərbi uğur yalnız ordunun döyüş meydanındakı fəaliyyəti ilə məhdudlaşmır, həm də siyasi rəhbərliyin strateji qərarları və xalqın ümumi məqsəd ətrafında birləşməsi ilə bağlıdır”.

ABŞ Ordusunun ehtiyatda olan mayoru Prezident İlham Əliyevin müharibə dövründəki çıxışlarının əhəmiyyətin də toxunub. O qeyd edib ki, dövlət başçısının xalqa müntəzəm müraciətləri cəmiyyətin məlumatlandırılması, xalqın iradəsinin möhkəmləndirilməsi və ölkənin qarşıya qoyduğu məqsədlərinin aydın şəkildə ifadə olunması baxımından mühüm rol oynayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑