Siyasət · AZƏRTAC

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir xəbəri üçün şəkil

Bakı, 3 noyabr,

Təşəbbüsün davamlı beynəlxalq əməkdaşlığa çevrilməsi əhəmiyyətlidir. Bu il oktyabrın 27-29-da Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun son nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rza Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın mühüm töhfəsi belə görüşlər vasitəsilə müxtəlif ölkələrin təcrübəsini bir araya gətirmək və birgə təşəbbüslərə yol açmaqdır.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq bizim fəaliyyətimiz də bu imkanları genişləndirir. Qlobal Bakı Forumu vasitəsilə müxtəlif ölkələrin siyasi və ictimai xadimlərini Bakıda bir araya gətiririk. Fərqli mövqeləri olan insanların ünsiyyətini davam etdirməsi, bir-birinin arqumentlərini birbaşa eşitməsi üçün belə görüşlər vacibdir. Azərbaycanın tarixi birgəyaşayış təcrübəsi və müasir beynəlxalq təşəbbüsləri bizə bu işi davam etdirmək üçün güclü əsas verir. Hesab edirəm ki, ölkəmizin gələcək rolu da məhz bu istiqamətdə, mədəni yaxınlığı konkret əməkdaşlığa çevirməkdə daha da güclənə bilər”, - deyə Baş katib vurğulayıb.

Müsahibənin tam variantı tezliklə yayımlanacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑