Siyasət · Günün Səsi

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi xəbəri üçün şəkil

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb.

Gununsesi.info  xəbər verir ki, tənrik məktubunda deyilir:

“Hörmətli xanım Prezident,

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Bolqarıstan dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑