Siyasət · Ölkə.az

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLAR xəbəri üçün şəkil

Ölkə.az APA-ya istinadən xəbər verir ki, qeyd olunanlar nəzərə alınaraq, mediada, sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.

Həmin şəxslərin siyahısını təqdim edirik:

1. Ehsan Movəhhediyan - Siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbabtəbayi Universitetinin müəllimi

2. Əhməd Fərşbafiyan - Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri

3. Kamran Qəzənfəri - İran İslam Şurası Məclisinin deputatı

4. Əlirza Beyqi - İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi

5. Əbülfəzl Zöhrəvənd - İran İslam Şurası Məclisinin deputatı

6. Abbas Moqtədayi Xorasqani - İran İslam Şurası Məclisinin deputatı

7. Əlirza Səlimi - İran İslam Şurası Məclisinin deputatı

8. Hüseyn Şəriətmədari - “Keyhan” qəzetinin baş redaktoru

9. Ayətullah Möhsün Əraki - İranda Ali Rəhbəri seçən Ekspertlər Məclisinin üzvü, Məsləhət Şurasının üzvü

10. Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani - Qum Elmi Hövzəsinin Müəllifləri və Müəllimləri Cəmiyyətinin üzvü, Qum şəhərindəki Əimmeyi-Əthar (ə) Fiqh Mərkəzinin rəhbəri

11. Əbdül Hüseyn Xosrov Pənah - İran Ali Mədəni İnqilab Şurasının katibi

12. Hüccətül-islam Qulamrza Kavaşi - Təbriz İmam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

13. Daryuş Səfərnejad - Professor, siyasi ekspert

14. Əhmədrza Musəvi - Aktyor və teleaparıcı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑