Siyasət · Günün Səsi

Şişlidə Heydər Əliyev Parkı ilə bağlı iddialar yalanlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şişlidə Heydər Əliyev Parkı ilə bağlı iddialar yalanlandı xəbəri üçün şəkil

Türkiyənin Şişli əyalətindəki Heydər Əliyev Parkında yerləşən büstün götürüləcəyi və parkın yerində mədəniyyət mərkəzi tikiləcəyi ilə bağlı iddialar təkzib edilib.

Gununesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Şişli Bələdiyyəsinin sözügedən ərazi ilə bağlı hər hansı işi yoxdur və belə bir layihə gündəmdə deyil.

Mərkəz qeyd edib ki, köhnə və əsassız iddiaların yayılması Azərbaycan-Türkiyə münasibətlərini hədəfə alan təxribat və dezinformasiya xarakteri daşıyır.

Paylaşımda ictimaiyyətə bu cür iddialara etibar etməməklə bağlı çağırış edilib.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑