Siyasət · AZƏRTAC

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO xəbəri üçün şəkil

Vaşinqton, 3 noyabr,

Bu gün ABŞ-də aralıq seçkiləri keçirilir. Seçkilər Prezident Donald Trampın ikinci prezidentlik müddətinin qalan iki ilində Konqresdə qüvvələr balansının müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, amerikalılar Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri uğrunda keçirilən seçkilərdə səs verirlər.

Seçki sisteminə əsasən, vətəndaşlar seçki günündən əvvəl də səs verə bilirlər və bu imkandan artıq 57 milyondan çox amerikalı istifadə edib. Erkən səsvermədə demokrat seçicilərin daha yüksək fəallığı müşahidə olunsa da, respublikaçıların məhz bu gün, yəni seçki günü daha fəal iştirakı gözlənilir. Erkən saatlardan artıq məntəqələr qapılarını seçicilər üçün açıb. Bu gün seçkilərdə təxminən 60 milyona yaxın seçicinin səs verməsi proqnozlaşdırılır. Yerli vaxtla axşam saatlarından etibarən ilkin nəticələrin artıq müəyyən olunacağı gözlənilir.

Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton

Videonu AZƏRTAC-da aç

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑