Siyasət · Bakı Xəbər

Zelenski ABŞ-a şərt qoydu -

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski ABŞ-a şərt qoydu - xəbəri üçün şəkil



Məhəmməd Əsədullazadə: “Raketlərin indi verilməsi daha zəruridir ki, Ukrayna strateji enerji obyektlərini qoruya bilsin”

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, əgər ABŞ Kiyevi tezliklə "Patriot" hava hücumundan müdafiə raketləri ilə təmin edərsə, ölkəsi, ABŞ prezidenti Donald Trampın tələb etdiyi kimi, Rusiyanın neft emalı zavodlarına zərbə endirməyi dayandıracaq.

Zelenski noyabrın 1-də "Fox News" telekanalına müsahibəsində bu məsələ ilə bağlı ABŞ prezidenti və onun köməkçiləri ilə bir neçə dəfə müxtəlif müzakirələr apardığını deyib: “Biz dedik ki, Rusiya enerji infrastrukturumuza hücum etdikdən, insanlarımızı öldürdükdən, elektrik və qaz təchizatı obyektlərimizə, neft emalı zavodlarımıza, bir sözlə, hər şeyə zərbələr endirdikdən sonra cavabsız qala bilmərik. Başqa bir alternativ də var: bizə "Patriot" raketləri verin. Pul tapacağıq, bu, sadəcə yardım deyil. Pulunu ödəyəcəyik”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya-Ukrayna müharibəsində enerji infrastrukturuna qarşılıqlı zərbələrin endirilməsi hər iki tərəfin enerji təchizatında ciddi böhran yaradır: “Xüsusilə Rusiyanın neft emalı zavodları Ukraynanın hədəfindədir. Endirilən zərbələr Rusiyanın yanacaq tədarükündə ciddi böhrana gətirib çıxarıb. Bir müddət əvvəl Zeleski Trampın tələbini nəzərə alaraq Rusiyaya zərbə endirmədi. Ancaq bunun qarşılığında Rusiya Ukraynaya qarşı zərbələri dayandırmadı. Tam əksinə, Rusiya daha amansızcasına Ukraynanın enerji və mülkü obyektlərini hədəf aldı. Əfsuslar olsun ki, Tramp buna etiraz etmədi. Düzdür, ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya 2,1 milyard dollar dəyərində "Patriot" raketlərinin satışını təsdiqlədiyini açıqlayıb. Rusiyanın artan hava hücumlarına qarşı Kiyevin müdafiəsini gücləndirmək üçün bu sistemlərə ciddi ehtiyac var. Ancaq Zelenski bəyan edib ki, 500 ədəd önləyici raketin çatdırılması bir neçə il çəkə bilər. O, 500 ədəd PAC-3 raketinin böyük rəqəm olduğunu və bu qış üçün effektiv müdafiə paketi formalaşdıra biləcəyini yazsa da, çatdırılmaların yalnız bir neçə ildən sonra başlaya biləcəyini əlavə edib. Yəni Zelenski bəyan edib ki, Ukraynanın "Patriot" raketlərinə indi təcili ehtiyacı var. Qarşıdan qış gəlir və Rusiyanın Ukrayna şəhərlərini daha amansız bonbardman edəcəyi gözlənilir. O üzdən, həmin raketlərin indi verilməsi daha zəruridir ki, Ukrayna strateji enerji obyektlərini qoruya bilsin. O baxımdan hesab edirəm ki, Zelenskinin şərtləri əsaslı və obyektivdir. Ukraynanın istəklərinin qəbul edilməsi müqabilində Rusiyanın neft emalı müəssisələrini vurmamaq olar”.

Vidadi ORDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑