Siyasət · Bakı Xəbər

“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə... xəbəri üçün şəkil



Ramil Məmmədli: “İrana nüvə zərbəsi endirilsə, bu, regionda böyük fəlakətə səbəb ola bilər”

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər. Bu iddia ilə amerikalı jurnalist Taker Karlson “X” hesabındakı paylaşımda çıxış edib.

Jurnalistin sözlərinə görə, hücumun mümkün hədəfi İsrail kəşfiyyatının məlumatına əsasən İranın uranın zənginləşdirilməsi proqramını bərpa etdiyi güman edilən Pikaks dağı ola bilər. Karlson qeyd edib ki, heç bir silah obyektin, demək olar ki, 100 metrlik müdafiə qatını aşa bilməz, buna görə də “yeganə variant nüvə zərbəsidir”. Onun sözlərinə görə, Netanyahu İsraildəki parlament seçkilərindən sonra yaranmış qeyri-sabit siyasi vəziyyətə görə buna nail olmağa çalışır.

Maraqlıdır, İrana nüvə zərbəsi perspektivi nə qədər realdır? Yəni ABŞ bu qədərmi qudurub? Belə bir addım atılarsa, bu, regiona nə vəd edir? Rusiya buna nə deyər? Nüvə silahlarına malik olan digər dövlətlər buna necə reaksiya verəcəklər? Xüsusilə əks düşərgədə nüvə silahı olan ölkələr (Rusiya, Çin) eynən nüvə zərbəsi ilə buna cavab verə bilərmi?

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, İrana nüvə zərbəsi endirilsə, bu, böyük fəlakət olacaq: “Əvvəla, nə qədər ki Netanyaho ilə Tramp dövlət başçılarıdır nə desən gözləmək olar. Ona görə ki, hər ikisi demək olar eyni ağıldadır. O üzdən, birmənalı olaraq heç nəyi istisna etmək olmur. Yəni belə bir hadisə olada bilər, olmayada. Ancaq İrana nüvə zərbəsi endirilsə, bu, regionda böyük fəlakətə səbəb ola bilər. Ən azından ona görə ki, İran regionda böyük dövlətdir. Həm ərazisinə, həm də əhalisinə görə. İranın 90 milyon əhalisi var. Nüvə zərbəsi böyük humanitar və sosial fəlakətə səbəb olacaq. Region dövlətlərinə bu səbəbdən böyük qaçqın axını ola bilər. Bunun regionda hansı sosial fəsadlarla nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Nəzərə almaq lazımdır ki, ABŞ ilk dəfə Yaponiyaya qarşı nüvə silahından istifadə edib. Nəticədə 130 min nəfər ölüb. Daha sonra radiasiya nəticəsində ölənlərin sayı artıb. ABŞ İrana nüvə zərbəsi endirsə, Rusiya da buna baxıb Ukraynaya nüvə zərbəsi endirə bilər. Deməyim odur ki, ABŞ bununla president yarada bilər. Başqa bir tərəfdən Çin güc yolu ilə Tayvan adası üzərində nəzarəti bərpa edəcək”.

Vidadi ORDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑