Siyasət · Azxeber.com

İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ xəbəri üçün şəkil
"Türkiyənin İstanbul şəhərində, Şişli rayonu ərazisidə yerləşən Heydər Əliyev parkındakı büstün götürüləcəyi və parkın sökülərək yerində mədəniyyət mərkəzinin tikiləcəyi barədə yayılan məlumatlar əsassızdır".
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin "X" hesabındakı paylaşımında bildirilir.
Qeyd edilib ki, Şişli bələdiyyəsi sözügedən ərazi ilə bağlı hər hansı iş aparmır və belə bir layihə də gündəmdə deyil.
Açıqlamada Azərbaycan və Türkiyə - iki dost və qardaş ölkə arasındakı münasibətləri hədəf alan, ictimaiyyəti yanıltmağa yönəlmiş təxribat xarakterli və dezinformasiya məzmunlu iddialara inanmamağa çağırış edilib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑