İqtisadiyyat · Axşam.az

“Avroviziya 2027” ilə bağlı ilk detallar açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Avroviziya 2027” ilə bağlı ilk detallar açıqlandı xəbəri üçün şəkil

“Avroviziya” mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb.

Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək yarışmada səhnəyə çıxacaqlar.

Müsabiqənin 71-ci buraxılışı mayın 11-dən 15-dək “Arena Burgas”da keçiriləcək. Yarışmanın təşkilini Bolqarıstan Milli Televiziyası (BNT) həyata keçirəcək.

Qeyd edək ki, 2027-ci ildə müsabiqədə iştirakçı yayımçıların sayı 2026-cı illə müqayisədə bir nəfər artaraq 36-ya çatıb. İştirakçı yayımçılar təxminən 600 milyon insanı təmsil edir.

Azərbaycanın iştirakı da təsdiqlənib. 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑