Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi qiymətli kağızların illik gəlirliliyini azalda bilər.
Bunu "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin Baş İcraçı Direktoru İsi Mustafayev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dənOnun sözlərinə görə, bir qədər əvvəl "Azərmaş Group" MМС-nin 10 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları İpoteka və Kredit Zəmanət Fondunun hesabına uğurla yerləşdirilib:
"Burada əsas amillərdən biri də zəmanəti kimin verməsidir. Məsələn, bu gün zəmanətsiz qiymətli kağızlar üzrə repo bazarında orta faiz dərəcəsi 15 % ətrafındadırsa, zəmanət və sığorta sistemlərinin bu bazara daxil olması faiz dərəcələrinin azı 12 %-ə düşməsinə səbəb ola bilər".
"Bu halda investor artıq yalnız yüksək gəlirliliyə deyil, kredit riskinin azalmasına da diqqət yetirəcək. Məhz kredit riskinin azalması qiymətli kağızların müddətinə də təsir göstərir. Əgər bu gün zəmanətsiz bir və yaxud ikiillik qiymətli kağızları rahat yerləşdirmək mümkündürsə, zəmanət mexanizmi tətbiq olunduqdan sonra üç və beşillik kağızları da bazarda rahat yerləşdirmək mümkün olacaq. Ona görə də hesab edirəm ki, institusional zəmanət sisteminin tətbiqi həm kupon gəlirliliyinin aşağı düşməsinə, həm də investor bazasının genişlənməsinə səbəb olacaq. Belə sistem mövcud olduqda institusional investorlar da qiymətli kağızlar bazarında daha fəal iştirak etməyə başlayacaqlar. Bundan əlavə, qiymətli kağızların tədavül müddəti də uzanacaq", - deyə İ.Mustafayev əlavə edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"

