Bakı, 28 oktyabr, AZƏRTAC Fransa Senatı “iğtişaşçıların təzminatı” kimi tanınan qanun layihəsini qəbul edib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu qanun layihəsi zorakılıq aktlarında, talan və vandalizm aktlarında iştirak edən etirazçıları dəymiş ziyana görə məsuliyyətə cəlb etməyi hədəfləyir. Bu barədə “Public Senat” telekanalı məlumat verib.Senat qanun layihəsini çərşənbə axşamından çərşənbə gününə keçən gecə 229 lehinə, 105 əleyhinə səslə qəbul edib. Qanun layihəsi “zorakılıq və